Adətən səxslər əvvəllər cavabı verilmiş sualları yenidən verirlər.Ona görə də eyni proboblemlərin həllini təkrar etməmək üçün ,çox soruşulan suallarin cavabını əks etdirən xüsusi səhifələr yazılır.

Kömək
Ünvanlar kitabından eyni zamanda bir neçə ünvanı istifadə edə bilərəmmi?
Bəli.Ünvanlar kitabında axtarış zamanı sizin sorunuza uyğun gələn bütün nəticələri öz əksini tapacaqdır.Əgər 10 ad tapılmışdırsa,prinsip etibarı ilə hər hansı kombinasiya "Kimə" və " Surət" sahələrində tətbiq oluna bilər.Bu qayda ilə seçilmiş bütün adlar "Adresi istifadə etmək" düyməsini basdıqdan sonra məlumatı göndərmə formasında lazım olan sahələrə qoyulacaq.

Ünvanlar kitabına məktubdan bilavasitə adlar əlavə edə bilərəmmi?
Xeyr.Hal hazırda bu xidmət tətbiq olunmur.Amma,siz hər an adı mübadilə buferinə (klipbord) köçürüb ünvanlar kitabının tələb olunan sahəsinə qoya bilərsiz.Ünvanın bilavasitə məktubdan əlavə edilməsi xidməti tezliklə hazırlanıb Mail.az-da tədbiq olunacaq.

WWW poçt interfeysi nədir?
Mail.az halında siz öz poçt qutunuza veb-brauzerdən daxil ola bilərsiz. Bu sizə öz məktublarınızı müxtləif kopyuterlərdən oxuduğunuz və poçt müştərilərini hər bir kopyuterdə ayrılıqda quraşdırmaq imkanı olmadığı şəraitdə çox sərfəlidir.

Mail.az-ı harada istifadə edə bilərəm?
Brauzerə və internetə çıxışınız olan hər bir yerdə.Mobil rabitə vasitələrinin tətbiqi (WAP/WML protokolları əsasında) hələ nəzərdə tutlmur.

WWW poçt interfeysini adi poçt əvəzinə nə üçün işlətmək?
Əlbəttə,xüsusiləşdirilmiş poçt müştəriləri brauzerdə həyata keçirilən poçt programlarından daha sürətli və daha rahatdır.Sizin tanışınızın kopyuterində poçtanızı yoxladığınızı təsəvvür edək.Onun poçt müştərisinin xüsusiyyətlərini sizin poçtanızı yoxlamaq üçün quraşdırıb sonra bərpa etmək əvəzinə,siz sadəcə olaraq onun veb brauzerini açırsınız və poçtanızı yoxlaya bilərsiz.Beləliklə ,heç bir dəyişiklik aparmadan tez ve rahatlıqla öz poçtanızı yoxlamış olursunuz.Evdə isə siz istədiyiniz poçt müştərisini istifadə edə bilərsiz.

Mail.az necə işləyir?
Mail.az poçt qutusuna daxil olmaq üçün İMAP protokulunu istifadə edir.Bu protokol haqqında məlumatı imap.org adresində tapa bilərsiz.Mail.az həmçinin PHP4 yığılmayan özünün İMAP funksiyalarını istifadə edir.Bu sizin üçün bəlkədə əhəmiyyətsizdir,amma programı quraşdıranlar üçün belə deyildir.

Poçt proqramların quraşdırılması
POP3
e-mail : sizin ünvan (sizin_ad@mail.az) pop3 və smtp serverlərin adları :mx.mail.az
username və ya account name : Sizin tam ünvanınız (Məsələn : sizin_ad@mail.az )
SMTP
Provayderin serverindən istifadə edin.
IMAP
Server tipi (pop3 əvəzinə İmap) istisna olmaqla Pop3 quraşdırılması kimi.
Təhlukəsizlik rejimi
IMAP (ve yə POP3) protokolu uüççn SSL-i işə salın.

Powered by NT